ABŞ-da sərnişin təyyarəsinin qapısını açmağa çalışan şəxs təcili enişə səbəb olub
ABŞ-da American Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki şəxsin çıxış qapısını açmağa cəhd etməsi səbəbindən marşrutunu dəyişərək təcili eniş edib.
AFN.az xəbər verir ki, San-Dieqo-Çikaqo reysini yerinə yetirən təyyarə Arizona ştatının Finiks şəhərindəki Sky Harbor Beynəlxalq Hava Limanına yönləndirilib.
ABŞ mətbuatının məlumatına görə, hadisədən sonra təyyarə marşrutunu dəyişib və Finiks şəhərindəki Sky Harbor Beynəlxalq Hava Limanına təcili eniş edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərdən birinin təyyarənin çıxış qapısını açmağa çalışdığı, kabin heyətinin isə ona müdaxilə etdiyi görünür.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasında hadisəni törədən şəxsdən başqa xəsarət alan olmadığı bildirilib. Qapını açmağa çalışan sərnişinin yüngül xəsarət aldığı və tibbi müayinədən keçirilməsi üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı qeyd olunub.
FAA və yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıblar.
