Malayziya YouTube-a görə Google-a qarşı iddia qaldırıb
Malayziya ABŞ-ın texnologiya şirkəti Google-a məxsus YouTube platformasında zərərli məzmunlara qarşı kifayət qədər tədbir görülmədiyi iddiası ilə hüquqi addım atıb.
AFN.az xəbər verir ki, şirkətə qarşı ümumilikdə təxminən 145,8 milyon dollar məbləğində iki ayrı iddia qaldırılıb.
Bernama agentliyinin məlumatına görə, Malayziyanın Rabitə və Multimedia Komissiyası (MCMC) Google-a qarşı başladılan hüquqi proseslərlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Google-a qarşı ümumi məbləği təxminən 145,8 milyon dollar olan iki ayrı iddia qaldırılıb.
İlk iddia Google-un onlayn qumar oyunları və dələduzluq da daxil olmaqla, minlərlə zərərli məzmunla bağlı qanuni öhdəliklərini və lisenziya şərtlərini pozduğu iddialarını əhatə edir.
İkinci iddia isə YouTube-da Papagomo kimi tanınan Wan Muhammad Azri Wan Deris tərəfindən yenidən yayımlanan məzmunlarla bağlı qanunvericiliyin tələb etdiyi tədbirlərin görülməməsi iddialarına aiddir.
Komissiyanın açıqlamasında qeyd olunub ki, bu iddialar, ilk növbədə, uşaqlar olmaqla, əhalini internetdəki zərərli məzmundan qorumaq səylərinin bir hissəsidir.

