Rusiya “Google” və “Telegram”ı qadağan olunmuş məzmuna görə cərimələdi



Rusiyada fəaliyyət göstərən xarici texnologiya nəhənglərinə qarşı hüquqi təzyiqlər davam edir.

AFN.az xəbər verir ki, Moskvada keçirilən məhkəmə iclaslarında “Google” və “Telegram” platformalarına qarşı hər iki şirkətə ümumilikdə 22 milyon rubl (təxminən 292 min dollar) məbləğində cərimə kəsilib.

Məhkəmənin qərarına əsasən, cərimələrin tətbiqinə səbəb platformaların ölkə qanunvericiliyi tərəfindən qadağan olunmuş məzmunlara girişi məhdudlaşdırmaması və qanunsuz kontentləri silməməsidir.

Qərara görə, “Google” şirkəti 15 milyon rubl, “Telegram” messenceri isə 7 milyon rubl cərimə edilib.

Rusiya rəhbərliyi daha əvvəl də bənzər səbəblərlə “Instagram”, “TikTok” və “Facebook” kimi digər tanınmış platformaları dəfələrlə cərimələyib. Digər tərəfdən, yerli qanunların mütəmadi pozulması bəhanə edilərək, artıq “Telegram” və “Google”un tabeliyində olan “YouTube” video-hostinqi ölkə ərazisində tamamilə bloklanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu