Rusiya Google və Wikipedia-nı cərimələdi
Rusiyada Google və Wikipedia-ya qadağan olunmuş bəzi məzmunlara girişin qarşısını almadıqları üçün ümumilikdə 13 milyon rubl (təxminən 162 min dollar) məbləğində cərimə tətbiq olunub.
Google və Wikipedia-ya qarşı açılan məhkəmələr paytaxt Moskvada keçirilib.
Məhkəmə sözügedən platformalarda müxtəlif qadağan olunmuş məzmunlara girişin məhdudlaşdırılmadığı və qanunlara riayət edilmədiyi qənaətinə gəlib. Nəticədə Google-a 7 milyon rubl, Wikipedia-ya isə 6 milyon rubl cərimə tətbiq edilib.
Xatırladaq ki, Rusiyada həmin şirkətlərlə yanaşı Apple, Twitch və Facebook kimi müxtəlif xarici platformalara da daha əvvəl oxşar səbəblərlə cərimələr verilmişdi. Qanunlara əməl etmədiklərinə görə Instagram, X, YouTube və Facebook kimi platformalara girişin məhdudlaşdırılması tədbirləri də görülmüşdü.

