Twitch, TikTok, Pinterest və Vikipediya cərimələndi


Rusiyada bəzi qadağan olunmuş məzmunlara girişi məhdudlaşdırmadıqları üçün Twitch, TikTok, Pinterest və Vikipediya platformalarına ümumilikdə 24,5 milyon rubl (təxminən 313 min dollar) məbləğində cərimə tətbiq olunub.



Sözügedən platformalara qarşı açılan məhkəmə işlərinə paytaxt Moskvada baxılıb.



Məhkəmənin qərarına əsasən, qadağan edilmiş məzmunlara çıxışın məhdudlaşdırılmamasıyerli qanunlara əməl olunmaması səbəbilə Twitch, TikTok və Pinterest hər biri 7 milyon rubl, Vikipediya isə 3,5 milyon rubl cərimə ödəməlidir.



Qeyd edək ki, Rusiyada daha əvvəl Apple, Google və Facebook kimi digər xarici platformalara da oxşar səbəblərlə cərimələr tətbiq olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu