Rusiya "Twitch"i 1 milyon rubl cərimələdi


Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Twitch"i 1 milyon rubl, təxminən 12 min dollar cərimələyib.



Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) "Twitch"ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna "Twitch" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.

Bundan əvvəl də oxşar pozuntulara görə ölkədə "Twitch"ə müxtəlif cərimələr tətbiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu