Rusiya "Wikipedia"nı cərimələdi


Moskva məhkəməsi "Wikipedia" onlayn ensiklopediyasına sahib olan "Wikimedia" Fondunu tələb olunan materialı silməkdən imtina etdiyinə görə cərimələyib.


AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Wikimedia" Fondu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək ("Məlumatın və ya veb səhifənin saytın sahibi tərəfindən silinməməsi, əgər belə məlumatların silinməsi öhdəliyi Rusiya Federasiyası tərəfindən nəzərdə tutulmuşdursa) 800 min rubl məbləğində cərimə edilib.

İnzibati məsuliyyətə cəlb edilməsinə səbəb "Wikipedia"nın Rusiyanın “Psyche” qrupunun "qadağan olunmuş və tanınmış ekstremist mahnısı" ilə bağlı materialı silməkdən imtina etməsi olub.

Bundan əvvəl İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev "Wikipedia"nın bağlanmasını təklif etmişdi. Onun sözlərinə görə, onlayn ensiklopediyada siyasi və tarixi faktların çoxlu təhrifləri yer alıb. Eyni zamanda o qeyd edib ki, bağlanmazdan əvvəl Rusiyada "Wikipedia"ya alternativ yaratmaq lazımdır.

Bundan əvvəl "Wikimedia" Fondu Rusiyada daha iki milyon rubl cərimələnib. Səbəb Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusunun hərəkətləri ilə bağlı saxta məlumatların"Wikipedia"dan silinməməsi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu