Finlandiyaya Rusiyadan ikitərəfli hərbi yoxlamaların dayandırılması ilə bağlı xəbərdarlıq edilib


Finlandiya Rusiya Federasiyasından ikitərəfli hərbi yoxlamaların aparılmasından imtina barədə bildiriş alıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün Finlandiya Rusiyadan iyunun 1-dən əlavə hərbi səfərlər haqqında ikitərəfli sazişdən çıxacağı barədə məlumat alıb", - deyə nazirliyin açıqlamasında bildirilir.

Müqavilə 2000-ci ildən qüvvədədir. Bu sənədə uyğun olaraq hər il ikitərəfli formatda yoxlama tədbirləri həyata keçirilirdi: Finlandiya hərbi qulluqçuları Qərb Hərbi Dairəsinə (ZVO), rusiyalı mütəxəssislər isə Finlandiyaya göndərilirdi. COVID-19 pandemiyasının başlanmasından bəri qarşılıqlı yoxlamalar dayandırılıb.

Moskva və Helsinki arasında yoxlamalar haqqında saziş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvləri tərəfindən qəbul edilmiş 2011-ci il Vyana Sənədini tamamlayır.

Bundan əvvəl parlamentin aşağı palatasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya Federasiyası Dövlət Dumasının Şurası cari il üçün ATƏT Parlament Assambleyasına (PA) ödənişlərin dayandırılması barədə qərar qəbul edib. O, Rusiya tərəfinin ATƏT PA-dakı nümayəndə heyətinin işinə müdaxilə cəhdləri ilə üzləşdiyini qeyd edib və vurğulayıb ki, Rusiya Federasiyası iştirak etmədiyi nəyəsə görə pul ödəməməlidir.

Bir ay əvvəl Rusiya ATƏT-in 57 üzv ölkəsini əhatə edən illik beynəlxalq hərbi məlumat mübadiləsində iştirakdan imtina etmişdi.

Dövlət Dumasının vitse-spikeri və Rusiya nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy Rusiya Federasiyasının ATƏT-dən çıxmasını şərtləndirən amillər haqda açıqlama verib. O qeyd edib ki, Moskva beynəlxalq təşkilatlarda vahid iş prinsipinə - bütün iştirakçılarla bərabər hüquqlara riayət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu