Finlandiya Rusiya ilə NATO arasında münaqişə zamanı ilk qurban olacaq


Finlandiya NATO-ya üzv olmaqdan xeyir görmədi, əksinə çətin vəziyyətdə qaldı, çünki alyansla Rusiya arasında münaqişə yaranarsa, ilk növbədə o, zərər çəkəcək.



Bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov RİA Novosti ilə söhbətində bildirib.

Onun sözlərinə görə, əvvəllər Helsinki ilə Moskva arasında dostluq və mehriban qonşuluq münasibətləri olub, lakin ölkə alyansa daxil olduqdan sonra Rusiya cavab tədbirləri görməli olub, Leninqrad və Moskva hərbi dairəsini yaradıb. Diplomat qeyd edib ki, vəziyyətin gərginləşəcəyi təqdirdə Finlandiya birinci qurban olacaq.

Bundan əlavə, o xatırladıb ki, Finlandiya Birləşmiş Ştatlarla müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb ki, bu da ölkədə Amerika hərbi bazalarının yerləşdirilməsinə imkan verəcək. "Bu, artıq ciddi çağırışdır" deyə Ulyanov vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu