Rusiya bu ölkəni hədələdi: Cavabsız qoymayacağıq, istənilən ssenari mümkündür


Finlandiyanın hər hansı anti-Rusiya hərəkəti Rusiya tərəfindən cavabsız qalmayacaq.



AFN.az xəbər verir ki, bunu “RİA Novosti”yə Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Sergey Belyayev deyib. Diplomatın sözlərinə görə, Ukraynaya hücum başlayandan sonra Finlandiya ardıcıl olaraq anti-Rusiya siyasəti yürütməyə başlayıb. Helsinki Ukraynaya silah tədarük etməyə başlayıb və Rusiyaya qarşı sanksiyaların təzyiqini artırıb.

Ölkə NATO-ya daxil olduqdan sonra Finlandiya hakimiyyəti bütün səviyyələrdə ikitərəfli siyasi dialoqu məhdudlaşdırdı və ticarət-iqtisadi əməkdaşlığa zərər vurdu. 2022-ci ilin sentyabrında müəyyən bir dairə istisna olmaqla, rusların ölkəyə girişi qadağan edildi. İyulun 10-dan bu məhdudiyyətlər sərtləşdirilib. Ölkə rusların daşınmaz əmlakının müsadirə edilməsi mexanizmini də hazırlamağa başlayıb.

Belyaev bildirib ki, indiki “Finlandiya hakimiyyətinin rusofob kursu” ilə istənilən ssenari mümkündür. Rusiya heç bir anti-Rusiya hərəkətini cavabsız qoymayacaq. Onun məzmunu Helsinkidə qəbul edilən konkret qərarlardan asılı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu