"Beşiktaş"-"Qalatasaray" matçı ona tapşırıldı


Türkiyə Superliqasının XIII turunda baş tutacaq “Beşiktaş” – “Qalatasaray” qarşılaşmasını idarə edəcək hakimlərin adları bəlli olub.

AFN.az xəbər verir ki, İstanbul təmsilçilərinin duelində baş hakim vəzifəsi Oğuzhan Çakıra tapşırılıb.

Ona yan xətt hakimləri Anıl Usta və Bersan Duran kömək edəcəklər. Alper Akarsu isə matçda dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, noyabrın 30-da İstanbulun “Tüpraş” stadionunda keçiriləcək derbi Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu