Fransada tətillər Paris-London qatarlarının hərəkətini pozub



Fransada dəmir yolu işçilərinin tətili Avropa üzrə yüksək sürətli qatar xidmətləri göstərən Eurostar şirkətinin reyslərində fasilələrə səbəb olub. 

AFN.az xəbər verir ki, Paris-London xəttində bir sıra qatar reysləri ləğv edilib, digər reyslərdə isə ciddi gecikmələr yaranıb.

Eurostar rəsmi internet saytında yaydığı açıqlamada gözlənilməz tətil səbəbindən London-Paris reyslərinin ləğv edildiyini və ciddi hərəkət pozuntularının yaşandığını bildirib.

Açıqlamada qeyd olunub ki, şirkət bugünkü işçi tətili barədə gecə saatlarında məlumatlandırılıb. Narazılıq və çətinliklə üzləşən sərnişinlərə biletlərinin pulunu geri almaq və ya biletləri dəyişdirmək imkanı yaradılıb.

Həmçinin səhər saatlarında həyata keçirilməsi planlaşdırılan ən azı beş qatar reysinin ləğv edildiyi, Brüsseldə də qatarların hərəkətində gecikmələrin yarandığı bildirilib.

Fransada əməkhaqlarının artırılmasını tələb edən dəmir yolu işçiləri şirkətlə keçirilən illik danışıqlarda gözləntilərinin qarşılanmamasından sonra tətilə başlayıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu