Əvvəlki üç çağırışda yararsız sayılan gənc əsgər vəfat edib: DSX-da qulluq edirmiş
Dövlət Sərhəd Xidmətinin 19 yaşlı əsgəri vəfat edib.
AFN.az xəbər verir ki, DSX-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Tuncay Elsevər oğlu hərbi xidmətinin 6-cı ayında dünyasını dəyişib.
Məlumata görə, anadangəlmə ürək qüsurundan əziyyət çəkən Tuncay əvvəlki üç çağırış zamanı hərbi xidmətə yararsız hesab edilib. Lakin dördüncü çağırışda hərbi xidmətə cəlb olunub.
Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.




