İticket tətbiqində nasazlıq: "Sabah"-"Barselona" oyununda azarkeşlər çətin vəziyyətə düşdü
Bakı Olimpiya Stadionunda keçirilən “Sabah”-“Barselona” qarşılaşması zamanı azarkeşlər yerlərini tapmaqda çətinliklə üzləşiblər.
AFN.az xəbər verir ki, problem iTicket tətbiqində yaranan texniki nasazlıqla bağlıdır.
Məlumata görə, məsələ ilə əlaqədar azarkeşlərə artıq iki dəfə elan edilsə də, tribunada yerlərin müəyyənləşdirilməsi ilə bağlı çətinliklər davam edir.

