Elmira Şabanova vəfat etdi


Xalq artisti Elmira Şabanova vəfat edib.

Bu haqda aktrisanın ailəsi məlumat yayıb.

E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa “Azərbaycanfilm” kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilib. O, 2 filmdə çəkildikdən sonra həyat yoldaşının qadağası ilə bir müddət kinoda görünməyib. 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu