Yaqub Eyyubovun oğlunun İngiltərədə 10 milyon funtluq əmlak imperiyası
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Böyük Britaniyada milyonlarla funt sterlinq dəyərində daşınmaz əmlak aldığı iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 81 yaşlı Yaqub Eyyubov 2003-cü ildən, yəni 23 ildir ki, Baş nazirin birinci müavini vəzifəsini tutur. Onun oğlu Orxan Eyyubov isə 14 il ərzində İngiltərədə ümumi alış qiyməti 10 milyon funt sterlinqə çatan 17 daşınmaz əmlak əldə edib.
Paylaşımda bildirilir ki, əmlakların alınması Orxan Eyyubovun benefisiarı olduğu NEW CANADA CAPITAL LTD şirkəti vasitəsilə həyata keçirilib.
Cavanşir Həsənlinin təqdim etdiyi siyahıda Böyük Britaniya əmlak reyestrindəki qeydiyyat nömrələri və alış qiymətləri göstərilən mülklər yer alıb:
- 19 High Street, Ashford (K596906) – 340 000 funt;
- 345 Upper Richmond Road West, London (SGL334743) – 400 000 funt;
- 212 Upper Richmond Road, Putney (154970) – 395 000 funt;
- 1 Horse Fair, Banbury (ON19304) – 2 200 000 funt;
- 2 Horse Fair, Banbury (ON19304) – 300 000 funt;
- 16 Market Square, Buckingham (BM278250) – 385 000 funt;
- 1 High Street, Banbury (ON214032) – 300 000 funt;
- 36 və 37 Market Place, Wisbech (CB130369) – 465 000 funt;
- 287 New Kings Road, London (LN61810) – alış qiyməti açıqlanmır;
- 1–1A Camden Walk, London (NGL876938) – alış qiyməti məlum deyil;
- Unit 2, 14 Norfolk Street, King's Lynn (NK272884) – 350 000 funt;
- 123 High Street, Sevenoaks (K287740) – 317 500 funt;
- 37 Wigmores North, Welwyn Garden City (HD231446) – 336 000 funt;
- 18–20 The Drapery və digər vahidlər, Northampton (NN268452) – qiyməti açıqlanmayıb;
- 72 High Street, Winchester (HP472535) – 725 000 funt;
- 29–30 High Street, Windsor (BK406820) – alış qiyməti məlum deyil.
Jurnalist qeyd edib ki, bu ünvanda keçmiş "Barclays Bank" binası yerləşir və hazırda "Indelibly Windsor" fəaliyyət göstərir. C.Həsənlinin paylaşımında şirkətin 2026-cı il göstəricilərinə də diqqət çəkilir. Bildirilir ki, NEW CANADA CAPITAL LTD şirkətinin idarə etdiyi aktivlərin ümumi dəyəri 17 milyon funt sterlinqdən çoxdur.



