İngiltərədə Cavanşir Feyziyevin 5,6 milyon funt-sterlinqi müsadirə edildi - MƏHKƏMƏ QƏRARI


Londonda Azərbaycan parlamentinin deputatı Cavanşir Feyziyevə və onun ailəsinə məxsus 5,6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı məhkəmə qərarı çıxarılıb.


AFN.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, bu gün, Londonun Westminster Magistrates Məhkəməsinin hakimi Regents Parkına baxan malikanəsi olan bir ailədən üç milyonçunun ölkəyə qanunsuz gətirdiyi pulun "çirkli pul" olması səbəbilə onların bank hesablarında depozitdə olan 5,6 milyon funt sterlinqi Britaniyanı Milli Cinayət Agentliyinə müsadirə etmək tapşırığı verib: "Müsadirə olunan vəsait Azərbaycanlı dərman maqnatı və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsusdur.
Ailə üzvlərinin hamısı iddia edirdilər ki, onların sərvətləri Cavanşlr Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib və o, Regents Parkının yanındakı "Cumberland Terrace"də ailəsinin çox milyon funtluq sterlinq dəyərində olan evinin də pulunu ordan ödəyib.
Lakin Westminster Magistrates Məhkəməsinin rayon hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb. Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Cavanşir Feyziyevin oğlu Orxanın 1 milyon funt-sterlinqi, qardaşı oğlu Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.
Bu cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütövlükdə dondurulub, malikanəyə də əl qoyulub".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu