Böyük Britaniya Cavanşir Feyziyevin 63 milyon dollarlıq əmlakını dondurdu!
Böyük Britaniya hakimiyyəti Londonda azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz davranışdan əldə edilən gəlirlər" hesabına satın almaqda şübhəli bilinən 22 mülkü dondurub.
Cavanşir Feyziyevin 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) yuxarı qiymətə alınan əmlakı 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.
Fevralın 22-də ailənin vəkili hakim Naycel Poolenin sədrliyi ilə keçirilən dinləmədə Böyük Britaniyanın Milli Cinayət Agentliyi NCA-nın (National Crime Agency) lazımi prosesə əməl etmədiyini və "hər hansı əmlakın qeyri-qanuni yolla əldə edilməsinin mübahisəli” olduğunu iddia edərək həbs qərarlarını ləğv etdirməyə çalışıb.
Siyasətçinin ailəsi daha əvvəl bank hesablarında milyonlarla funt sterlinq saxladığına görə Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) araşdırmasına məruz qalmışdı. Agentlik həmin pulların beynəlxalq çirkli pulların yuyulması sxemi ilə əldə olunduğundan şübhələnir.
2022-ci ildə Böyük Britaniya bu vəsaitin 5,6 milyon funt-sterlinqini (7,56 milyon dollar) Feyziyevin həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus hesablardan müsadirə edib.
NCA-nın məlumatına görə, Feyziev və onun həyat yoldaşı tərəfindən alınmış əmlakların satışına və ya ötürülməsinə imkan verməyən dondurulma qərarı onların çirkli pulların yuyulması yolu ilə əldə edildiyinə dair "güclü sübutlar" səbəbiylə verilib.
Məhkəməyə təqdim edilən sənəddə agentlik "uyğun olmayan, yalan və ya uydurma təsvirlərlə" müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərdə pul vəsaitlərinin izlənilə bilən "son dərəcə mürəkkəb hərəkətini" təsvir edib.
Dondurulmuş ən bahalı mülklər - eksklüziv “Chelsea Barracks” kompleksində 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) baha qiymətə alınmış iki iqamətgah - Feyziyev tərəfindən 2020-ci ildə alınıb, Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlunu hələ də araşdırır.
Dondurulmuş digər əmlaklar arasında “Regents Parkı”na baxan mənzil, eləcə də Londonun şimal-qərbindəki yaşayış kompleksində yeni tikilmiş 19 mənzil daxildir. Feyziyev 2008-2018-ci illər arasında mülkü 10 milyon funt sterlinqdən (13,7 milyon ABŞ dolları) baha qiymətə alıb və sonra komissiyasız trasta verib.
NCA-nın məlumatına görə, ümumilikdə dondurulmuş əmlaklar indi 50 milyon funt sterlinqdən (63 milyon dollar) çox qiymətləndirilir.
Hakim Poole bundan sonra da aktivlərin dondurulması ilə bağlı qərar verəcək.
2010-cu ildən deputat olan Feyziyev eyni zamanda Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.
Britaniya məhkəməsi qohumlarına məxsus hesablardan 5,6 milyon funt sterlinqdən çox pulun müsadirə edilməsini təsdiqlədikdən bir neçə ay sonra o, bu vəzifələri tərk edib. Hakim pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin "tamamilə uydurma və hesabları idarə edənlərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün nəzərdə tutulduğuna" dair "böyük sübutlara" istinad edib.
Ailənin o zamankı vəkilinin mətbuata verdiyi açıqlamaya görə, ailə müsadirədən məyus olub, lakin NCA-nın tələb etdiyi 15,4 milyon funt sterlinqin hamısını deyil, 5,6 milyon funt sterlinqin müsadirə olunmasından "məmnun olub". Onlar həmçinin vurğulayıblar ki, məhkəmə nə “Cavanşir Feyziyevin, nə də digər təqsirləndirilən şəxslərin korrupsiyada iştirak etmədiyini” təsdiqləyib.