Böyük Britaniyanın Milli Cinayət Agentliyi Cavanşir Feyziyevin 20 milyon dollarına əl qoydu - qanunsuz köçürmə


Azərbaycanda dərman monopolisti kimi tanınan, deputat Cavanşir Feyziyevin ailəsinin adına Londona köçürülmüş 20.5 milyon dollara həbs qoyula bilər.


AFN xəbər verir ki, bu barədə bloger Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi qeyd edilən vəsaitə həbs qoyulması tələbilə məhkəmə önündə vəsatət qaldırıb. "Pullar Britaniyaya saxta sənədlər əsasında, çirkli pul yuma mexanizm ilə köçürülüb" - deyə H.Müntəzir qeyd edib.

Mövzunun detalları ilə bağlı yaxın saatlarda məlumat veriləcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu