Braziliyada yeni amfibiya növünə Mariya adı verildi


Braziliyada aşkarlanan, kor ilana bənzəyən yeni amfibiya növünə Mariya adı verilib.

AFN.az "Agência FAPESP"-ə istinadən xəbər verir ki, tədqiqatçılar bu adla həm dünyada geniş yayılmış Mariya adına, həm də XIX əsrdə Braziliyada meşələrin bərpasına töhfə vermiş kölə qadına ehtiram göstəriblər.

Yeni növ Rio-de-Janeyro ştatında aşkar edilib. Torpağın altında yaşayan bu amfibiyalar görünüşcə ilana bənzəsələr də, əslində suda-quruda yaşayanlar qrupuna daxildirlər. Onların görmə qabiliyyəti məhduddur, ətraf mühiti isə baş nahiyəsində yerləşən xüsusi hiss orqanları vasitəsilə qavrayırlar.

Tədqiqatçılar yeni növü müəyyənləşdirmək üçün genetik analizlər, xarici görünüşün müqayisəsi və yüksək dəqiqlikli kompüter tomoqrafiyasından istifadə ediblər. Araşdırmalar nəticəsində onun əvvəllər Siphonops hardyi növünə aid edildiyi, lakin genetik və anatomik xüsusiyyətlərinə görə fərqli olduğu müəyyənləşdirilib.

Növün adlandırılması zamanı 1861–1874-cü illərdə Tijuka meşəsinin bərpasında iştirak etmiş kölə qadınlardan birinin də xatirəsi nəzərə alınıb. Həmin qadın və digər işçilər bu ərazidə 100 mindən çox ağacın əkilməsinə töhfə veriblər.

Tədqiqatçılar hesab edirlər ki, yeni adlandırma elmi ictimaiyyətin diqqətini az tanınan bu amfibiyalara yönəltməyə də kömək edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu