Brent markalı neftin qiyməti 95 dolları ötüb
Beynəlxalq bazarlarda Brent markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti 95,06 dollar səviyyəsində ticarət olunur.
AFN.az xəbər verir ki, ötən gün 94,90 dollaradək yüksələn Brent neftinin barel qiyməti ticarət gününü 94,61 dollardan başa vurub.
Bu gün Bakı vaxtı ilə saat 10:36-ya olan məlumata görə, Brent neftinin bareli əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 0,47 faiz bahalaşaraq 95,06 dollara yüksəlib. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin yanvar fyuçerslərinin bir bareli 84,24 dollar təşkil edib.
Texniki təhlilə əsasən, Brent neftinin qiyməti üçün 96,68 dollar müqavimət, 94,28 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
