Macy's paradı 100 illik tarixində ilk dəfə təxirə salındı


ABŞ-nin Nyu-York şəhərində hər il keçirilən məşhur "Macy's Thanksgiving Day Parade" güclü külək və əlverişsiz hava şəraitinə görə ilk dəfə başqa günə keçirilib.

AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, noyabrın 26-na planlaşdırılan tədbirin noyabrın 28-də keçirilməsi qərara alınıb.

Təşkilatçılar qərarı iştirakçıların və tamaşaçıların təhlükəsizliyi ilə əlaqələndiriblər. Hava proqnozuna əsasən, Nyu-Yorkda küləyin sürətinin saatda 80–96 kilometrə çatacağı, güclü yağış və fırtınanın müşahidə olunacağı gözlənilir.

1924-cü ildən keçirilən parad bu il 100-cü ildönümünü qeyd edir. Tədbir zamanı ənənəvi olaraq nəhəng personaj fiqurları, müxtəlif platformalar, musiqi kollektivləri və məşhur ifaçılar Nyu-York küçələrindən keçir.

Paradın tarixində əvvəllər İkinci Dünya müharibəsi illərində, 1942–1944-cü illərdə tədbir ləğv edilib. 1971-ci ildə isə əlverişsiz hava səbəbindən nəhəng şarlar uçurulmasa da, parad keçirilib.

Beləliklə, builki qərar tədbirin 100 illik tarixində hava şəraitinə görə ilk təxirəsalma kimi qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu