Nyu Yorkda zəlzələ baş verdi - Uçuşlar dayandırıldı
ABŞ-ın Nyu-York şəhərində 4,8 bal gücündə zəlzələ baş verib. Nyu-York Con Kennedi, Nyu-Cersi Nyuark Liberti və Baltimor-Vaşinqton Turqud Marşal beynəlxalq hava limanlarında uçuşlar dayandırılıb.
ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 10.20-də hiss edilən zəlzələnin mərkəzinin Nyu-Yorkdan 65 kilometr qərbdə, Nyu Cersi əyalətinin Lebanon bölgəsi olduğunu və təxminən 42 milyon insanın yaşadığı bölgədə hiss edildiyini açıqlayıb.
Hündür binaların çox olduğu Nyu Yorkda baş verən nadir zəlzələ göydələn tipli binalarda daha şiddətli hiss olunub. Zəlzələ nəticəsində şəhərdə indiyədək heç bir can və mal itkisi qeydə alınmayıb.
Zərərin yoxlanılması üçün Nyu-York Con Kennedi (JFK), Nyu-Cersi Nyuark Liberti (EWR) və Baltimor-Vaşinqton Thurgood Marshall beynəlxalq hava limanlarında uçuş-enmə zolaqlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Nyu-York qubernatoru Keti Hochul sosial media platformasındakı paylaşımında qeyd edib.