Avropa Komissiyası ABŞ-ın yeni tarif planına etiraz edib


Avropa Komissiyası ABŞ-dan Avropa İttifaqı (Aİ) mallarına tətbiq edilən gömrük rüsumlarının ümumi 15%-lik həddi keçməməsini tələb edib.

AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn açıqlamasını şərh edərkən bildirib.

Avropa Komissiyasının bəyanatında qeyd olunub ki, 2025-ci ilin iyulunda Aİ və ABŞ liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqından idxal olunan mallara bütün mümkün gömrük rüsumları daxil olmaqla, maksimum 15%-lik tarif tətbiq edilməlidir.

Brüssel ABŞ-ın artıq istehsal gücləri ilə bağlı araşdırmasının nəticəsində qəbul ediləcək istənilən tədbirin də bu məhdudiyyəti nəzərə alacağını gözlədiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu