Marin Le Pen AB-ABŞ ticarət razılaşmasını tənqid etdi

Fransanın “Milli Birlik” partiyasının lideri Marin Le Pen, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə ABŞ prezidenti Donald Tramp arasında əldə olunan ticarət razılaşmasını "siyasi, iqtisadi və mənəvi baxımdan uğursuz" kimi qiymətləndirib.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, belə asimmetrik razılaşmadan sonra Avropa İttifaqının suverenliyi əhəmiyyətli dərəcədə zəifləyir və Brüssel bürokratiyasının ağırlığı altında demək olar ki, tamamilə itir.
“Milli Birlik” partiyası Fransanın aşağı palatasında ən böyük təkpartiyalı fraksiya olaraq 577 yerin 123-nə sahibdir.
ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, ABŞ və Aİ arasında razılığa əsasən, ABŞ-a idxal olunan bütün Avropa məhsullarına 15% gömrük rüsumu tətbiq olunacaq, Avropa İttifaqı isə amerikalı məhsullara tarif qoymayacaq. Əvvəllər Tramp administrasiyası Avropa ixracına 30% tarif tətbiq etməyi planlaşdırırdı. Tramp bu razılaşmanı tarixin ən böyük ticarət anlaşması adlandırıb.