Tramp: Aİ ilə, demək olar ki, razılaşmışıq

ABŞ prezidenti Donald Tramp ölkəsinin Avropa İttifaqı ilə apardığı ticarət danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində danışıb.
“Biz Aİ ilə danışıqlar aparırıq və irəliləyirik”, – deyə Tramp qeyd edib. O, razılaşmaların demək olar ki, əldə olunduğunu bildirib və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladığı bildirişi “Aİ ilə əldə olunan razılaşma” adlandırıb.
Tramp həmin bildirişlə Vaşinqtonun 1 avqustdan etibarən Avropa İttifaqından idxal olunan mallara əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Prezident bəyan edib ki, bu tarixdən etibarən Aİ-dən olan bütün idxal məhsullarına 30%-lik gömrük rüsumu tətbiq olunacaq. Bu rüsum artıq qüvvədə olan 10%-lik tariflərə – o cümlədən Aİ-dən idxal edilən polad, alüminium və avtomobillərə tətbiq olunan tariflərə əlavə ediləcək.