Tramp 7 yeni ölkəyə qarşı tarif məktublarını açıqladı


ABŞ Prezidenti Donald Tramp Filippin, Bruney, Moldova, Əlcəzair, İraq, Liviya və Şri-Lankaya tətbiq olunacaq yeni tarif dərəcələrini özündə əks etdirən məktubları Truth Social sosial media platformasında paylaşıb.



Tramp bildirib ki, bazar ertəsi 14 ölkəyə göndərdiyi tarif məktublarının ardından, 7 yeni ölkə ilə bağlı tarif məktublarını da ictimaiyyətə təqdim edib.



O, məktublarda 1 avqustdan etibarən bu ölkələrə tətbiq olunacaq tarif dərəcələrini açıqlayıb və əgər cavab tədbirləri görülərsə, tariflərin artırılacağı ilə bağlı xəbərdarlıq edib.



Tramp qeyd edib ki, tarif dərəcələri ikitərəfli münasibətlərdən asılı olaraq dəyişdirilə bilər.



Məktublarda göstərilən tarif dərəcələri:



  • Filippin – 20%

  • Bruney və Moldova – 25%

  • Əlcəzair, İraq, Liviya və Şri-Lanka – 30%



Xatırladaq ki, Tramp bazar ertəsi günü Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tayland, Kamboca, Myanma və Laosdan ABŞ-a göndərilən məhsullara sektor fərqi olmadan əlavə tariflər tətbiq olunacağını açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu