ABŞ Qazaxıstana da rüsum tətbiq edir: avqustun 1-dən 25 faiz

ABŞ avqustun 1-dən Qazaxıstandan idxala 25 faiz gömrük rüsumunun tətbiqinə qərar verib.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə müraciətin mətnini dərc edib. Qeyd olunur ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə tarif dərəcəsini artıracaq. "Bu, Astananın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq" - deyə Tramp xəbərdarlıq edib.
Bundan əlavə, o, CAR (30%), Malayziya (25%), Laos (40%) və Myanma (40%) liderlərinə rüsumların tətbiqi ilə bağlı bildirişlər göndərib. Tramp həmçinin avqustun 1-dən Koreya Respublikası və Yaponiyadan idxala 25% gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.