Tramp ticarət sazişinin müddətini uzadır


ABŞ prezidenti Donald Tramp ticarət sazişinin müddətini uzatmaq barədə sərəncam imzalayacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib.



"Prezident bu gün ticarət müqaviləsi müddətini iyulun 9-dan avqustun 1-nə köçürən sərəncam imzalayacaq", - deyə o, jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib.



Leavitt əlavə edib ki, ABŞ hakimiyyətinin avqustun 1-dən 25%-lik tariflər tətbiq etdiyi Koreya Respublikası və Yaponiyadan başqa, Tramp əlavə tariflərin tətbiqi ilə bağlı daha 12 ölkəyə bildiriş göndərəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu