Tramp Rusiya-Ukrayna müharibəsini bu həftə bitirə bilər

ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün razılığa gələ bilər.
Bu barədə Ağ Evin sözçüsü Karolin Leavitt məlumat verib.
"The Hill"in xəbərinə görə, Leavitt Mühafizəkarların Siyasi Fəaliyyət Komitəsinin (CPAC) Vaşinqtonda keçirilən 2025-ci il illik toplantısından qayıdarkən Ağ Evdə jurnalistlərlə görüşüb.
Leavitt Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib.
Leavitt deyib ki, prezident Tramp müharibəni bitirməkdə inamlıdır və mümkün razılaşma ABŞ-ın xərclərini geri qaytara bilər.
Leavitt ABŞ və Ukrayna arasında mümkün razılaşmanın iki ölkə arasında iqtisadi əlaqələr və Ukraynanın yenidən qurulması üçün vacib olduğunu da vurğulayıb.