Tramp köməkçilərinə ticarət sövdələşmələrinə hazır olmağı tapşırıb


ABŞ prezidenti Donald Tramp iqtisadi köməkçilərinə başqa ölkələrlə ticarət razılaşmalarına hazır olmağı əmr edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

ABŞ-ın müəyyən ölkələrlə ticarət sazişləri bağlaması imkanları haqda danışan Ağ Evin mətbuat katibi qeyd edib ki, "Tramp telefonu götürüb müzakirə etməyə həmişə hazırdır".

"Prezident bu səhər ticarət komandası ilə görüşdü və onlara ticarət müqaviləsi üzrə danışıqlar aparmaq üçün bu administrasiyaya gələn hər bir ölkə ilə fərdi ticarət müqavilələri hazırlamağı tapşırıb" - deyə Levitt bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu