Tramp 1 avqustdan etibarən yeni tariflərin tətbiqini xatırlatdı

Vaşinqton 2024-cü il avqustun 1-dən etibarən tətbiq ediləcək yeni gömrük rüsumlarının məbləği barədə xarici ölkələrə rəsmi məktublar göndərəcək. Bu barədə iyulun 4-də ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlama verib.
“Sabahdan etibarən müxtəlif ölkələrə məktublar göndərməyə başlayacağıq. Tariflərin dəyəri 60 və ya 70 faizdən 10 və 20 faizə qədər dəyişəcək,” – deyə Trampın sözlərini The New York Times nəşri sitat gətirib.
O əlavə edib ki, administrasiya 9 iyul çərşənbə gününə qədər davam edəcək 90 günlük fasilənin sonunadək hər gün daha çox məktub göndərəcək.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu tariflərdən əldə ediləcək gəlir ABŞ üçün nəhəng olacaq.