Tramp Çinə rüsumların 80 faizə endirilməsinə icazə verdi


ABŞ prezidenti Donald Tramp Çinə idxal rüsumlarının 80 faizə endirilməsinə icazə verib.


AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.

Trampın sözlərinə görə, Çinə tariflərin 80%-ə endirilməsi "düzgün addım" kimi görünür. Ağ Ev rəhbəri “Çin öz bazarlarını ABŞ-a açmalıdır” deyə qeyd edib. O, bunun Pekin üçün çox yaxşı olacağını bildirib.

Amerika lideri vurğulayıb ki, ABŞ son nəticədə Çindən gələn mallara idxal rüsumlarını azalda bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu