Çin Tramp administrasiyasına meydan oxudu: Sona qədər mübarizə aparmağa hazırıq


Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Donald Trampın Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırması ilə bağlı ticarət müharibəsi və ya tarif müharibəsi olsun, sona qədər mübarizə aparmağa hazır olduğunu bildirib.



Trampın ölkəyə gələn fentanillə mübarizədəki uğursuzluqlar səbəbiylə Çinə tətbiq edilən tarifi 10 faizdən 20 faizə qaldırdıqdan sonra Çinin Vaşinqtondakı səfirliyinin X hesabından açıqlama verilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cienin Vaşinqtonun addımı ilə bağlı sözlərini təkrar paylaşan bəyanatda bu ifadələr yer alıb:

"Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, o zaman ediləcək ən doğru şey Çinlə məsləhətləşmək, bir-birinə bərabər davranmaqdır. Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı başqa bir müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu