KİV: Avropa ABŞ-la "ticarət müharibəsi"ndə tariflərə cavab verməyi istisna etmir


ABŞ prezidenti Donald Trampın Avropa mallarına gömrük rüsumları tətbiq etmək planları ilə bağlı Brüssel və London aylardır müxtəlif ssenarilərə hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Rəsmilər Trampı Avropa ixracatına rüsum tətbiq etməməyə inandırmağa ümid etdiklərini, lakin cavab rüsumlar da daxil olmaqla, bütün cavab tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

"Bundan əlavə, Böyük Britaniyanın baş naziri Keyr Starmer də daxil olmaqla, Avropa liderləri tez bir zamanda Ukraynaya dəstək yükünü öz çiyinlərinə götürməyə və gələcək razılaşmalar üzrə Trampla danışıqlara hazır olduqlarını nümayiş etdirmək üçün planlar hazırlayırlar" - deyə nəşrin məlumatında bildirilir.

Tramp Brüssel ABŞ-dan neft və qaz alışının həcmini artırmasa, Aİ-yə daha yüksək idxal rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu