Avropa Çindən gələn elektrik avtomobillərinə əlavə rüsumlar tətbiq edib
Avropa Komissiyası Çindən elektrikli avtomobillərin idxalına 35,3 faizə qədər yekun əlavə rüsum təyin edib.
AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" Aİ-dəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, elektromobillərin idxalına qoyulan rüsumlar istehsalçıdan asılı olacaq və beş il müddətində qüvvədə olacaq.
"Eyni zamanda, Çin səlahiyyətliləri ilə intensiv iş apararaq məqbul bir həll tapmağa davam edəcəyik" - deyə rəsmi bildirib.
Çin isə bundan əvvəl açıqladığı kimi, Avropa İttifaqının elektriklə işləyən avtomobillərə tariflər tətbiq etməsinə cavab olaraq, Avropalı təchizatçılardan “zəmanət məbləği” və faktiki olaraq 30,6-39 faiz rüsum tələb etməyə başlayacaq.