JD Vens: Huangın əfvə ehtiyacı yoxdur


ABŞ-ın vitse-prezidenti JD Vens Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huangın əfv olunmasına ehtiyac olmadığını düşündüyünü bildirib.

AFN.az xəbər verir ki, Vens Huangın hər hansı cinayət törətdiyinə dair sübut görmədiyini və onun əfvə ehtiyacı olmadığını deyib.

CBS telekanalının məlumatına görə, Vens Ohayo ştatındakı Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlama verərkən Huangın milli təhlükəsizlik üçün risk yaradıb-yaratmadığı ilə bağlı suala cavab verib.

Vens ABŞ Ədliyyə Nazirliyinin qurumlarında çalışan şəxslərin də daxil olduğu milli təhlükəsizlik sistemindəki bir çox rəsminin Huang barəsində heç bir federal araşdırma aparılmadığını təsdiqlədiyini bildirib.

O, Huang barəsində irəli sürülən ittihamların konkret sübutlara deyil, anonim məlumatlara əsaslandığını qeyd edərək deyib: Jensen Huangın heç bir halda əfvə ehtiyacı olduğunu düşünmürəm. Onun hər hansı cinayət törətdiyinə dair heç bir sübut görməmişəm. Əgər cinayət törətdiyinə dair sübut varsa, ona qarşı hüquqi tədbirlərin görülməsi müvafiq qurumların vəzifəsidir.

ABŞ Prezidenti Donald Tramp isə həftə ərzində bir qəzetə verdiyi müsahibədə zərurət yaranacağı təqdirdə Jensen Huangı əfv etməyə hazır olduğunu bildirmiş və bunun hər zaman mümkün variantlardan biri olduğunu söyləmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu