Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru qoşunları göndərməyəcək
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə quru qoşunları göndərmək niyyətində deyil.
AFN.az xəbər verir ki, Vens bəzi mühafizəkar siyasətçilərin hərbi əməliyyatların davam etdirilməsi çağırışlarını tənqid edib.
Onun sözlərinə görə, əgər İran xalqı hakimiyyəti dəyişmək istəsə, bu, onların öz qərarı olmalıdır. ABŞ isə heç bir halda bu məqsədlə ölkəyə quru qoşunları göndərməyəcək.
Vens əlavə edib ki, İranla bağlı münaqişənin həlli yalnız bombardmanlarla mümkün deyil və diplomatik səylər də vacibdir.
