Vens: İranla danışıqlarda irəliləyiş əldə olunub
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla aparılan danışıqlarda bəzi məsələlər üzrə ciddi irəliləyişin əldə olunduğunu bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə keçirilən brifinqdə çıxış edən Vens hər iki tərəf arasında intensiv müzakirələrin getdiyini bildirib:
"Hər iki tərəfdən ciddi addımlar atılır və əhəmiyyətli irəliləyişlər var. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Yekunda ya bir razılığa gələcəyik, ya da yox".
Vitse-prezident bu cür həssas mövzularda gizliliyin qorunmasının vacibliyini də vurğulayıb. O, bəzi danışıqların qapalı qapılar arxasında aparılmasının tərəfdarı olduğunu qeyd edərək, prosesin detallarının ictimaiyyətə vaxtından əvvəl açıqlanmasının bəzən vəziyyəti daha da mürəkkəbləşdirdiyini diqqətə çatdırıb.
