Vens Ağ Evdə Zelenski ilə mübahisəni amerikalılar üçün faydalı adlandırıb


ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Ağ Evin Oval kabinetində Vladimir Zelenski ilə baş verən mübahisəni amerikalılar üçün faydalı sayıb.

AFN.az xəbər verir ki, bu barədə o, avqustun 27-də “USA Today” qəzetinə müsahibəsində bildirib.

Vens qeyd edib ki, bəzən insanlar və ölkələr arasında fikir ayrılıqları olur, amma amerikalıların bunu görməsi faydalıdır. O əlavə edib ki, ABŞ və Ukrayna arasında ortaq maraqlar çoxdur, lakin münaqişələr zamanı ABŞ Ukraynaya milyardlarla dollar yardım edib, amma sülh planı olmadan bu resurslar problemli vəziyyət yaradır.

Vitse-prezident vurğulayıb ki, döyüşlər dayandırılsaydı və münaqişə sülh yolu ilə həll olunsaydı, bu həm Ukrayna, həm ABŞ, həm də digər tərəflər üçün daha faydalı olardı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu