Putin və Zelenski arasında görüş hazırlıqları başlayıb

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırlıq gördüyünü açıqladı
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçiriləcəyi gözlənilən görüşünə hazırlıqlara başladığını bildirib.
AFN.az xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.
"Görüşlərimdən sonra Ağ Evdə Avropa liderləri və Zelenski ilə prezident Putinə zəng etdim və hələ müəyyən edilməmiş bir yerdə prezident Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladım. Həmin görüşdən sonra həm prezidentlərin, həm də mənim daxil olduğum üçtərəfli danışıqlarımız olacaq", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu, münaqişənin həlli baxımından çox yaxşı ilkin addımdır: “Vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Steven Uitkoff Rusiya və Ukrayna ilə koordinasiya aparırlar”.