Zelenski Putin və Trampla üçtərəfli görüş təklif edib


Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampla üçtərəfli görüş keçirməyi təklif edib.



AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, o, bütün variantlarda liderlərin görüşünün vacibliyinə diqqət çəkib.



"Biz "Tramp - Putin - mən" formatında görüşə hazırıq, "Tramp - Putin", "Tramp - Zelenski" formatında, sonra isə üçümüzün iştirakı ilə görüşə yox demərik. hazırıq".



Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar aparan nümayəndə heyətləri tərəfindən müəyyən razılıq əldə olunarsa, Putin və Zelenski görüşə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu