Putinlə Tramp telefonla danışdılar


Rusiya prezidenti Vladimir Putinlə Amerika prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, iki ölkə liderləri arasında son üç ildə ilk təmasdır. Rusiya prezidenti sonuncu dəfə Trampın sələfi Co Baydenlə eyni gündə - 2022-ci il fevralın 12-də danışıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təxminən bir saat yarım davam edib.

Amerika lideri Ukraynadakı münaqişəyə böyük diqqət yetirib və onun sona çatmasına kömək etmək istəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp şəxsi görüşü təşkil etmək barədə razılığa gəliblər.

Telefon danışığında ABŞ və Rusiya prezidentləri şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu