Kreml: Müəyyən razılaşmalar əldə olunarsa, Putin-Zelenski görüşü mümkündür


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin və Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlar qrupları müəyyən razılığa gələrsə, görüşə bilərlər.

Peskov jurnalistlərə Putin və Zelenski arasında görüş ehtimalı ilə bağlı "Belə bir görüş hər iki tərəfin nümayəndə heyətləri birlikdə çalışsa və aralarında müəyyən razılaşmalar əldə edərsə mümkündür. Bunun mümkün olduğunu düşünürük" deyib.

Dmitri Peskov görüşün məhz görüləcək işlərin nəticəsi olaraqiki tərəf arasında razılaşma şəklində müəyyən nəticələr əldə ediləcəyi təqdirdə mümkün olacağını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu