ABŞ-ın vitse-prezidenti Vens Baydeni Ukrayna siyasətinə görə tənqid edib


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ABŞ-ın keçmiş lideri Co Bayden administrasiyasını Kiyevə hərbi yardım göstərdiyinə görə tənqid edib.



AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Vens hesab edir ki, Bayden iqtidarı Ukraynadakı münaqişənin diplomatik yolla həllinə nail olmaq istəməyib.



"Bayden administrasiyası zamanı ağılsızlıq idi. Onlar bütün dünyada bu qədər pul xərclədilər, lakin eyni zamanda heç diplomatiyaya da əl atmadılar. Ukraynaya 300 milyard dollar göndərdilər, lakin ABŞ prezidenti Co Bayden heç vaxt Kiyevi diplomatik həllə məcbur etmədi", - deyə Vens bildirib.



O əlavə edib ki, hazırkı Amerika administrasiyası Ukrayna münaqişəsini həll etməyə çalışır: "Əgər uğur qazansaq, çoxlu insanın həyatını xilas edəcəyik. Hər bir halda cəhd etməyə dəyərdi".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu