Vens son 24 saat ərzində Ukrayna nizamlanmasında irəliləyiş olduğunu deyib


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukraynadakı münaqişənin sona çatması ilə bağlı nikbinliyini ifadə edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, son 24 saat ərzində münaqişənin həllində irəliləyiş olduğunu bildirib. Vens bu barədə İtaliyanın paytaxtında İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşündə açıqlama verib.

"Biz dünən çox müzakirə etdik, bu gün müzakirə edəcəyimiz bir neçə vacib mövzumuz var. Xüsusilə, Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqların gedişi barədə baş nazir Melonini məlumatlandıracağam. Hətta son 24 saat ərzində bizim maraqlı şeylərimiz var ki, onlar haqqında özəl olaraq məlumat verəcəyəm. Biz optimistik ki, bu müharibəyə son qoyula bilər" - deyə ABŞ dövlət katibi qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu