Vens: ABŞ administrasiyası hələlik Meksikaya qoşun göndərmək imkanını müzakirə etmir

ABŞ administrasiyası hazırda narkotik kartelləri ilə mübarizə üçün Meksikaya qoşun yeritmək imkanını müzakirə etmir.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Texas ştatının Meksika ilə sərhəddə yerləşən İql-Pass qəsəbəsində keçirdiyi mətbuat konfransında deyib.
"Mən hazırda Meksikaya hər hansı işğalla bağlı heç bir açıqlama verməyəcəyəm. Prezident Donald Tramp rupordur və o, təbii ki, lazım gələrsə, bu məsələlərə münasibət bildirəcək", - deyə ABŞ vitse-prezidenti vurğulayıb. O, izah edib ki, narkotik kartellərinin terror təşkilatı kimi tanınması ABŞ-a sərhəddə nəzarəti gücləndirmək üçün silahlı qüvvələrin bütün resurslarından istifadə etməyə imkan verir.
"Əlbəttə, bu qoşunlardan necə istifadə ediləcəyi ilə bağlı qərar prezidentə aiddir" - deyən Vens Meksikanın məsələyə ciddi yanaşacağına ümid etdiyini bildirib: "Biz Meksika hökuməti ilə neqativ danışıqların aparılmasını istəmirik. Biz Meksika hökumətinin bu təşkilatları ciddi qəbul etməsini və bununla da özünə və amerikalılara kömək etməsini istəyirik. Əgər onlar bununla razılaşmasalar, əlbəttə ki, biz buna əsaslanaraq nə edəcəyimizi anlayacağıq. Çünki sərhəddəki böhran milli kəşfiyyat məsələsinə çevrilib və eyni zamanda Müdafiə Nazirliyinin iştirakını tələb edən bir şeyə çevrilib".
Vitse-prezident bildirib ki, kartellər pilotsuz təyyarələrdən istifadə edirlər və bunun üçün “hərbi cavab” tələb olunur. Bundan əlavə, Vens qeyd edib ki, son dörd il ərzində ölkəyə daxil olan milyonlarla qeyri-qanuni immiqrantın çoxunun xarici terrorçularla əlaqəsi var. O əlavə edib ki, bu səbəblərə görə Pentaqonun rəhbəri Pit Heqset və Milli Kəşfiyyatın direktoru Tulsi Gabbardın yerlərdə vəziyyətlə tanış olması vacibdir.