Təyyarədə bomba olduğunu deyən sərnişin saxlanılıb



ABŞ-ın Luiziana ştatındakı Yeni Orlean şəhərinə uçan təyyarədə üzərində bomba olduğunu bildirən sərnişin saxlanılıb. 

AFN.az xəbər verir ki, Cefferson dairəsinin Şerif İdarəsinin açıqlamasında “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində səfər edən 34 yaşlı şəxsin məntiqsiz davranışlar sərgiləməyə başladığı və ekipaj üzvlərinə üzərində bomba olduğunu dediyi bildirilib.

Açıqlamada Nyu-Cersi ştatının Nyuark şəhərindən havaya qalxan təyyarənin Luiziana ştatındakı Lui Armstronq adına Yeni Orlean Beynəlxalq Hava Limanına təhlükəsiz şəkildə eniş etdiyi və şübhəlinin saxlanıldığı qeyd olunub.

Şübhəli barəsində qəsdən törədilməsi planlaşdırılan yanğınla bağlı yalan məlumat vermək və qorxu yaratmaq ittihamları üzrə tədbir görüldüyü bildirilib. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) isə təyyarədə baş verən hadisə ilə bağlı araşdırmaya başlayacağı qeyd edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu