Uçuş zamanı təyyarənin təkəri qoparaq maşınların üzərinə düşdü - VİDEO


ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin təkəri havaya qalxarkən qoparaq park edilmiş avtomobillərin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, iki avtomobilə ziyan dəyib.



Ötən gün ABŞ-da yerli vaxtla saat 13.20-də San-Fransisko Beynəlxalq Hava Limanından Yaponiyaya getmək üçün havaya qalxan United Airlines-a məxsus Boeing 777 tipli sərnişin təyyarəsinin təkəri qoparaq yerə düşüb.

Cali Planes YouTube kanalında yayımlanan görüntülərdə havaya qalxdıqdan az sonra eniş şassisinin sol tərəfindəki təkərin qopduğu görülüb. Qopan təkərin hava limanının dayanacağına düşməsi nəticəsində 2 avtomobilə ziyan dəyib.

Təyyarə havaya qalxdıqdan az sonra Los-Anceles Beynəlxalq Hava Limanına məcburi eniş edib. Aviaşirkətdən verilən açıqlamada 235 sərnişin və 14 ekipaj üzvü olan təyyarənin sağ-salamat eniş etdiyi, hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib. Açıqlamada sərnişinlər üçün yeni reys təşkil edildiyi bildirilib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu