ABŞ-da daha bir "Boeing" qəzası: təyyarənin burun təkəri havaya qalxarkən yerə düşüb


ABŞ-da uçuş zamanı “Alaska Airlines”ə məxsus “Boeing” markalı təyyarənin gövdəsinin bir hissəsinin yerə düşməsinin əks-sədası davam edərkən, bu dəfə Atlantada havaya qalxan zaman “Delta Airlines”ə məxsus eyni markalı təyyarənin burun təkəri qoparaq düşüb.


ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Atlantadakı Hartsfield-Jackson Beynəlxalq Hava Limanından Kolumbiyanın paytaxtı Boqota istiqamətində havaya qalxan "Boeing 757" tipli təyyarənin burun təkəri qəfildən yerindən qopub.

Təkər yaxınlıqdakı təpəyə çırpıldıqdan sonra 170-dən çox sərnişini daşıyan təyyarə təcili eniş edib və heç kim xəsarət almayıb.

Sərnişinlər başqa təyyarə ilə səyahətə davam edib.

"Boeing" hadisə ilə bağlı heç bir açıqlama verməyib.

FAA hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu